“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Moskva Dövlət Humanitar –İqtisad Universitetinin nümayəndə heyətinin rəhbəri Faid Bayramov: “Özüm ümumhüquq fənləri və Beynəlxalq hüquq kafedrasının assistenti işləyirəm. Rusiya –Azərbaycan Universitetləri Assosiasiyası tərəfindən tələbələr üçün yay məktəbinin keçirilməsi haqqında bunları demək istərdim. 2019-cu ilin “Odlar yurdu Azərbaycana səyahət” Yay məktəbi bu Assosiasiya çərçivəsində keçirilən ilk irimiqyaslı və yüksək səviyyədə təşkil olunmuş tədbirdir. Proqram çox faydalı və maarifləndiricidir. Qeyd etmək istərdim ki, proqramın tarixə həsr edilən bölməsi çox lazımlı və faydalı idi, çünki tarixi yerlərdə olarkən o vaxtların ab-havasını hiss edirsən. Mən Sumqayıt Dövlət Universitetinə Tələbə yay məktəbinin rəhbərlik etdiyi üçün öz minnətdarlığımı bildiririəm. Əminəm ki, həm Rusiya, həm də Azərbaycan universitetlərinin rəhbərləri ilə tanışlıq gələcək faydalı əməkdaşlığa zəmin yaradacaqdır. Bu assosiasiyaya uğurlar və inkişaf arzu edirəm. Arzu edirəm ki, belə tədbirlər mütəmadi olaraq keçirilməlisin.