“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Yekaterinburq şəhəri RDİPU-nun Təhsil və Mədəniyyət Mərkəzinin meneceri Lobanova Viktoriya: “Sizin ölkənizə gəlmək və bu tədbirdə Rusiya Dövlət İxtisas-Pedaqoji Universitetini təmsil etmək mənim üçün böyük şərəfdir. Proqramın fərqliliyi onda idi ki, biz yalnız Azərbaycanın mədəniyyəti ilə yox, həm də universitetlərlə, onların fəaliyyəti ilə tanış olduq və Rusiyada tətbiq etmək üçün çox şey öyrəndik. Həmçinin Azərbaycan universitetlərinin nümayəndələri ilə: tələbələr, müəllimlər və inzibati işçilərlə ünsiyyət qurmaq imkanı da çox sevindirici haldır. Mehriban qarşılanmaya və maraqlı məlumatlara görə təşəkkür edirəm!