Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kadr potensialımız hər il öz yetirmələrimizlə yenilənir
Yerləşdirilmə tarixi : 12 Sentyabr 2019 17:17
Kadr potensialımız hər il öz yetirmələrimizlə yenilənir
Elxan Hüseynov: Xoşbəxt o insandır ki, biliyini, bacarığını yetirmələrinin beyinlərinə köçürür. Ardıcıllar, davamçılar yetişdirir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir
Ali məktəb seçimi bütün vaxtlarda hər bir insanın həyatında əsas seçimlərdən biri olub, çünki ixtisasa, ali təhsilə yiyələnmək gələcək uğurlu karyeraya doğru ilk addımdır. Müasir dövrdə keyfiyyətli təhsil almaq xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki dünya inkişaf edir və bu inkişafa xidmət edən elm və təhsil də davamlı şəkildə irəliyə gedir. Hazırda ölkədə onlarla ali məktəb vardır. Bundan əlavə, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası ölkəmizin Avropa və dünya təhsil məkanına da inteqrasiyasını şərtləndirdiyindən azərbaycanlı gənclər harada ali təhsilə yiyələnmək sualı qarşısında yalnız yerli deyil, xarici ölkələrdəki ali məktəbləri də seçmək imkanına malikdirlər. Belə bir seçim bolluğu şəraitində keyfiyyətinə etibar olunası ali məktəbi seçməkdə yanılmamaq çox çətindir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır. Gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar ölkəmizin inkişafına töhfələr verir. Ölkəmizin sənaye şəhəri olan Sumqayıtın adını daşıyan universitet fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini vermişdir. Əldə olunan nailiyyətlər sübut edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman fəaliyyətinin təkamül dövrünü yaşayaraq, kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etmiş, illər keçdikcə mütəxəssis hazırlığının sayı artmış və məzunlarının hesabına Sumqayıt sənaye müəsissisələrində kadr problemləri tədricən həll olunmuşdur. Bu ali təhsil ocağı Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq uğurlu addımlar atır, dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir.
Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə kompleks inkişaf strategiyası ilə uğurlara imza atan Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. Bu günlərdə bir qrup əməkdaş və məzunumuz yeni tədris ilindən laborant, mütəxəssis, müəllim, baş müəllim, dosent, kimi fəaliyyətə başlayacaqdır. Rektor professor Elxan Hüseynov gənclərə uğurlar, fəaliyyət sahələrində nailiyyətlər arzulayaraq, yeni tədris ilində laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaq gənclərin SDU-nun gələcək inkişafında xüsusi xidmətləri olacağını vurğulayaraq, onları bir daha təbrik etdi. Bildirdi ki, hər bir gənc gələcəyini müəyyənləşdirmək üçün müəyyən bir sahədə əmək fəaliyyətinə başlamalıdır. Amma müəllim, alim kimi şərəfli ömür hər kəsə nəsib olmur.
Xoşbəxt o insandır ki, biliyini, bacarığını yetirmələrinin beyinlərinə köçürür. Ardıcıllar, davamçılar yetişdirir. Ölkənin, vətənin gələcək inkişafına, milli-mənəvi dəyərlərin intibahına töhfələr verir.
Yeni tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə Səadət Hümbətəliyeva, Təranə Əhmədova, Zülfiyyə Hacıyeva, Araz Mirzəbəyov, Şəlalə Məmmədova, Tuğra Babayeva, Rəvanə Vəliyeva, Mətanət Quliyeva; Tarix və coğrafiya fakültəsi üzrə Könül Muradova, Günel Adıgözəlova, Aytən Əsədova, Səbinə Yusifova, Dilşad Süleymanlı, Günay Cəbiyeva, Nailə Qasımova; Riyaziyyat fakültəsi üzrə Ülkər Babayeva, Esmira Mehbalıyeva, Röya Hətəmova, Günel Eyvazlı, Günay Rzayeva; Filologiya fakültəsi üzrə Əli Rzayev, Faiq Şirinov, Xəyalə Mürsəliyeva, Günel Paşayeva, Aygün Səttarova, Vəfa Həbibullayeva, Kəmalə Yəhyayeva, İlhamə Dadaşova, Zöhrə Qafarova, Fizika və elektroenergetika fakültəsi üzrə Sevil Abdullayeva, Aida Quliyeva, Aynur Həşimova, Dürdanə Ələsgərova, Kəmalə Ağaxanova, Nəfisə Abdulova;Kimya və biologiya fakültəsi üzrə Tapdıq Hacıyev, Bilal Əhmədov, İlhamə Məmmədova, Dilarə Priyeva, Tünzalə Babayeva, Xəyalə Hacıyeva, Pənah Şirinov; Mühəndislik fakültəsi üzrə Afət Hüseynova, Gülarə Məmmədova, Könül Allahverdiyeva, Fəridə Ağayeva, Mehriban Səlimova, Pərvanə İbrahimova, İradə Zeynalabdiyeva, Natavan Əzizli rektor professor Elxan Hüseynova dərin təşəkkürlərini bildirdilər.
Bu sevinci onlara, onların timsalında gənclərə bəxş edən, qayğı və diqqətini əsirgəməyən rektor Elxan Hüseynova bir daha dərin təşəkkürlərini bildirdilər. Öz elmi və ictimai fəaliyyətləri ilə universitetimizi layiqincə təmsil edəcəklərinə söz verdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az