Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimimiz xarici qiymətləndiricilər üçün təşkil olunmuş təlimlərdə iştirak etdi
Yerləşdirilmə tarixi : 18 Sentyabr 2019 15:17
Alimimiz xarici qiymətləndiricilər üçün təşkil olunmuş təlimlərdə iştirak etdi
Sentyabrın 9-dan 13-dək Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin 3.6 saylı “Xarici qiymətləndiricilər üçün təlimin keçirilməsi və təlimləndirilmiş ekspert bankının yaradılması” fəaliyyəti çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir. Missiya Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin (SKVC) İnstitusional qiymətləndirmə şöbəsinin müdiri Rasa Penkauskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (AİKA) direktoru Jolanta Silka tərəfindən aparıldı. Missiyanın məqsədi xarici ekspertlər üçün təlimlərin keçirilməsi və Akkreditasiya şöbəsi üçün xarici qiymətləndirmə üzrə ekspert bankının yaradılmasından ibarət olmuşdur. Təlimlərdə iştirak etmiş şəxslər həmçinin Tvinninq layihəsi tərəfindən pilot universitetlərdə həyata keçiriləcək simulyativ proqram qiymətləndirilməsinə cəlb olunacaqlar. Üç günlük təlimlərə Tvinninq layihəsinin həm pilot, həm də qeyri-pilot ali təhsil müəssisələrinin müxtəlif təhsil sahələrini təmsil edən professor-müəlim heyəti, eləcə də Tvinninq layihəsi və Təhsil Nazirliyinin Akkreditasiya şöbəsi tərəfindən seçilmiş müstəqil təhsil ekspertləri cəlb olunmuşdur. Tvinninq layihəsinin təlimçi-ekspertləri təlim iştirakçılarını təhsil proqramlarının akkreditasiyasının hədəfləri və məqsədləri barədə məlumatlandırmış və Tvinninq layihəsi və Akkreditasiya şöbəsi tərəfindən birgə hazırlanmış “Proqram akkreditasiyası üzrə metodologiya” adlı sənədi onların diqqətinə çatdırmışlar.
Təlimlər zamanı həmçinin xarici qiymətləndiricinin vəzifələri və davranış qaydaları, özünütəhlil hesabatı ilə işləməyin qaydaları, müsahibələrin aparılma metodları, qiymətləndirmə hesabatının yazılma qaydaları, universitetlərin inkişafını təmin etmək üçün uyğun tövsiyələrin yazılması və pilot qiymətləndirmənin digər mühüm amilləri də əhatə edilmişdir.Təlimlərin praktiki hissəsində özünütəhlil hesabatları üzərində iş, müsahibələrin aparılması və universitetlərə uyğun tövsiyələrin verilməsi üzrə simulyasiyalar keçirilmişdir.
Qeyd edək ki, təlimlərdə Sumqayıt Dövlət Universitetini İnformasiya və kompüter texnikası kafedrasının müdiri fizika-riyaziyyat elmləri namizədi, dosent Qadir Mənsurov təmsil etmişdir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az