Əməkdaşlarımız Tvinning beynəlxalq layihəsi çərçivəsində seminarda iştirak etdilər
Oktyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Tvinning beynəlxalq layihəsi çərçivəsində “Təlim nəticələrinin qiymətləndirilməsi” mövzusunda seminar keçirildi.
Tədbirdə Sumqayıt Dövlət Universitetini İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mansurov, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri dosent Xəlil Alıyev, İnformatika kafedrsının baş müəllimi AygünTağıyeva, Neft kimyası və kimya mühəndisliyi kafedrasının dosenti Qorxmaz Bayramov, Fizika və onun tədrisi metodikasının kafedrasının müdiri dosent Fuad Məmmədov təmsil etdilər.
Seminarın məqsədi təlim nəticələrinin yazılması və qiymətləndirilməsinə dair bilgilərin və məlumatların təlim iştirakçılarına aşılanmasıdır.
Tədbiri açılış nitqi ilə Təhsil Nazirliyinin baş məsləhətçisi Azad Axundov açaraq, layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaq olduğunu vurğuladı. Açılış nitqindən sonra çıxış üçün söz xarici ekspertlərə verildi. Xarici ekspert kimi Latviya təmsilçisi Mara Jure “Təlim nəticələrinin yazılması və qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etdi.Təqdimatdan sonra seminar iştirakçıları dörd yarımqrupa bölünərək, praktiki tapşırıqları yerinə yetirdilər.
Yekunda yarımqruplarda aparılan praktiki tapşırıqlar barədə müzakirələr aparıldı.
Mətbuat xidməti