Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Yerləşdirilmə tarixi : 14 Oktyabr 2019 12:48
SDU-da “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Oktyabrın 14-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev açaraq, tədbir iştirakçılarını salamladı və icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan bəhs etdi və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Vurğuladı ki, icbari tibbi sığortaya keçid ölkə başçısı cənab İlham Əliyevin, o cümlədən hökumətin vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir. Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dosent Rəsmiyyə Abdullayeva çıxış edərək, bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdı.
Sonra təlimçilər: – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxış edərək, icbari tibbi sığorta sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd etdilər.
Təqdimatlardan sonra müzakirələr oldu, tələbələrin sualları cavablandırıldı, onlara maarifləndirici bukletlər paylanıldı. Sonda icbari tibbi sığortanın əhəmiyyətini əks etdirən sosial videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az