Tələbələrə “Kapital bazarı” mövzusunda təlim keçirildi
Aprelin 28-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Təsərrüfathesablı İxtisasartırma Kursları universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün “Kapital bazarı” mövzusunda təlim keçirdi.
Təlim mərkəzinin metodisti Elcan Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında imzaladığı sərəncamında “2011-2020-ci il Azərbaycan Respublikasını qiymətli kağızlar bazarının inkişafı” dövlət proqramı və digər normativ hüquqi aktları rəhbər tutaraq maliyyə, o cümlədən qiymətli kağızlar bazarının inkişafına dair elmi tədqiqatlar aparmaq, şirkətləri qiymətli kağızlar bazarına çıxış üçün hazırlamaq, onlara təlim və məsləhət xidmətləri göstərmək, orta və ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisini təşkil etmək və ətraflı məlumatlandırmağı qarşımıza məqsəd qoymuşuq.
Tələbələr qiymətli kağızlar bazarı iştirakçılarının ixtisaslarının artırılmasını, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sertifikasiya proqramlarının hazırlanmasını, əhalinin qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi mövzusunda mühazirələri diqqətlə dinlədilər.
Sonda tələbələri maraqlandırılan suallar cavablandırıldı.
Mətbuat Xidməti