Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələrə məharət dərsi keçirildi
Oktyabrın 29-da İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələrinə Respublika İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse - prezidenti, praktiki mühasibatlıq üzrə təlimçi Radil Fətullayev tərəfindən İdarəetmə uçotu fənni üzrə “Xərclərin məqsədlər üzrə uçotu və bölüşdürülməsi” mövzusunda məharət dərsi keçirildi.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva qonağı salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi, Qeyd etdi ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə artıq universitetimiz bir çox elm ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər, mütəxəssislər universitetimizə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Dosent Aynurə Yəhyayeva universitet rəhbərliyinə belə şəraitin yaradılması üçün minnətdarlığını bildirdi.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev belə görüşlərin keçirilməsinin tələbələrimizin elmi potensialının inkişaf etdirməsinə və ixtisaslı kadr kimi formalaşmasına öz töhfəsini verəcəyini bildirdi.Tələbələrə yaradılan fürsətlərdən maksimum yararlanmağı tövsiyə etdi.
Təlimçi Radil Fətullayev professor-müəllim və tələbə heyətini salamladı, dəvət üçün dərin təşəkkürünü bildirdi. “İdarəetmə uçotu fənni üzrə Xərclərin məqsədlər üzrə uçotu və bölüşdürülməsi” mövzusunda mühazirə ilə çıxış etdi və tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Mətbuat xidməti