Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirildi
Yerləşdirilmə tarixi : 01 May 2015 00:00
SDU-da “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirildi

Mayın 1-də Sumqayıt Dövlət Universitetində Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirdi.
Tədbiri giriş sözü ilən açan universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov  Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Prorektor ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi.
Prorektor qeyd etdi ki, ulu öndər Heydər Əliyev  Türkmənistan ilə siyasi, iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verirdi, bu gün də Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla dostluq və qardaşlıq münasibətləri qarşılıqlı və dərin hörmət əsasında qurulub. Türkmənistanın  birtərəfliliyinin beynəlxalq aləmdə tanınmasının 20-ci ildönümü ərəfəsində “Sülh və birtərəflilik ili” adı altında keçirdiyiniz silsilə tədbirə görə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekova universitetimizin rəhbərliyi və öz adımdan təşəkkür edirəm.
Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmliyinə dəlalət etdiyini söylədi. O, iki dövlət arasında münasibətlərin gələcəkdə daha da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və 20 oktyabr 2014-cü ildə Türkmənistan Ali Sovetinin qərarı əsasında 2015-ci il  “Sülh və bitərəflilik ili” elan edildiyini diqqətə çatdırdı. Bu qərara uyğun olaraq biz də Azərbaycan və Türkmənistan əlaqələrinin hərtərəfli inkişaf  etməsi üçün belə silsilə tədbirlərdən birinin SDU-da keçirilməsini təqdirəlayiq hesab edirik. Buna görə də  bizə yaratdığı şəraitə görə universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Sonda tələbələrin sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az