Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələr arasında “Nə?harada?nə zaman?” intellektual bilik yarışı keçirildi
Yerləşdirilmə tarixi : 07 Noyabr 2019 12:54
Fakültələr arasında “Nə?harada?nə zaman?” intellektual bilik yarışı keçirildi
Noyabrın 6-da Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fakültələrarası “9 Noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı təşkil olundu. Təşkilatın sədri Tayfun Hacılı bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq bildirdi ki, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Tayfun Hacılı bu cür intellektual bilik yarışının mütəmadi olaraq keçiriləcəyini diqqətə çatdırdı. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 7 fakültədən 30 komanda iştirak etdi. Komandalar 3 turdan ibarət birinciliyin qalibi uğrunda mübarizə apardılar. Qalib komanda sertifikata layiq görüldü.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az