Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Plastik tullantıların səmərəli idarə olunması mövzusunda elmi-praktik seminar
Yerləşdirilmə tarixi : 25 Oktyabr 2019 15:21
Plastik tullantıların səmərəli idarə olunması mövzusunda elmi-praktik seminar
Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə “Plastik tullantıların səmərəli idarə olunması” mövzusunda elmi-praktik seminar keçirildi.
Seminarı giriş sözü ilə Ekologiya kafedarsının müdiri dosent Rəhilə Əhmədova açaraq iştirakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, plastik tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir.Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik material istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların, daha da artmasına səbəb olub. Araşdırmalardan məlum olur ki, dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Bu cür plastik və polietilen materialların parçalanaraq yox olması üçün torpaqda 800, suda isə 400 il vaxt tələb olunur. Plastik qabların istifadədən sonar tullantı kimi atılması həllini gözləyən ekoloji problemlərdən biridir. Belə ki, yarım əsrdən sonra da plastik tullantı torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Statiskaya görə plastik tullantıların yalnız 20 faizi təkrar emala daxil olunur.
Dosent Rəhilə Əhmədova onu da qeyd etdi ki,plastik və polietilen tullantıları yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə - dioksin alınır. Həmçinin araşdırmalardan məlum olur ki, plastik materiallar istiliyin təsirindən dioksinə çevrilmə prosesi daha da artır. Elmi-tədqiqat institutunun apardığı təcrübələrə əsasən məlum olur ki, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər.Hal-hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qabların alternativ qablarla əvəz olunması həyata keçirilir. Plastik tullantıların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda plastik torbaların ödənişli olması və parça torbalardan istifadə edilməsi problemin qismən həll olmasına gətirib çıxarır. Plastik tullantıların azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülüb.Sumqayıt Dövlət Universitetinin Ekologiya kafedrasının əməkdaşları və Ekoloq tələbələrlə birgə universitetin kontingenti və şəhər ictimaiyyəti üçün plastik qablaşdırmanın alternativ qablarla əvəz olunması və plastik tullantıların düzgün idarə olunması sahəsində mütamadi maarifləndirici tədbirlər, Elmi-praktik seminarlar keçirirlər.
Sumqayıt şəhər Təmizlik departamentinin şöbə müdiri Anar Mustafayev “Məişət tullantılarının çeşidlənməsi, günün aktual problemi kimi” Sumqayıt şəhər Bələdiyyəsinin müdir müavini Musa Həsənov “Sumqayıt şəhərinin ekoloji təmizliyinin təmin edilməsində Bələdiyyənin rolu”, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi Vüsal İbrahimli “ Plastik tullantıların düzgün idarə olunması” , Sağlam mühit Sağlam gələcək QHT İcraçı direktoru Vüsal Hətəmov “Ekoloji maarifləndirmənin kütləvi informasiya vasitəsi ilə cəmiyyətə çatdırılmasında QHT-lərin rolu”, Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova “Plastik qabların alternativ qablaşdırma materialları ilə əvəz olunması”mövzularında məruzələrlə çıxış etdilər.
Məruzəçilər mövzu ətrafında magistrant və tələbələrin suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az