SDU-da “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusunda III Debat Forumu keçirildi
Noyabrın 30-da Sumqayıt Dövlət Universitetində “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusunda III Debat Forumu keçirildi.
Forumu universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçıları salamladı, Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan, Prezident cənab İlham Əliyevin gənclərin inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən, o cümlədən Sumqayıt Dövlət Universitetində tələbə-gənclər üçün yaradılmış şəraitdən danışdı. Qeyd etdi ki, Tələbə Gənclər Təşkilatı istedadlı və yaradıcı tələbələri müəyyənləşdirmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, sosial problemlərinin həlli və sair istiqamətlərdə bir sıra tədbirlər, debat təlimlər, turnirlər və bu tip forumlar keçirir. Bu gün keçirilən debat tələbələrdə ictimai təqdimat və natiqlik bacarığının təkmilləşdirilməsinə xidmət edir. Prorektor çıxışının sonunda iştirakçılara uğurlar arzuladı.
Qeyd edək ki, Debat Forumunda 33 komanda iştirak etdi. Turların sonunda 8 komanda oyunun səkkizdə bir hissəsinə keçdi.
Mətbuat xidməti