Fakültələrarası şahmat yarışı keçirildi
						
					
					
					
					
					
						Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş I kurs tələbələrinin fakültələrarası şahmat yarışı keçirildi.
Yarışın təşkilində əsas məqsəd tələbələr arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir.
Yarışın nəticələrinə görə, Tarix və coğrafiya I yer, Riyaziyyat II yer, Kimya və biologiya fakültəsi III yerə layiq görüldü.
Qaliblər diplom və medallarla təltif olundu.
Mətbuat xidməti
                
             