“Virtual həyat və cəmiyyət” mövzusunda seminar
Noyabrın 29-da Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Virtual həyat və cəmiyyət” mövzusunda seminar keçirildi.
Seminarı Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müəllimi Jalə Fərhadova açaraq mövzu ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, 90-cı illərdən başlayaraq internetin inkişafı dünyanı bir yeniliyə apardı. Bu yenilik insanların həyatında reallıqla yanaşı, virtual aləm oldu. Dünyada insanlar real həyatları ilə yanaşı virtual həyatınıda yaşamaqdadır. Əlbəttə, hər bir yeniliyin müsbət və mənfi təsirləri olur. Virtual həyat müasir zamanda danılmaz fakt olaraq qalsa da bir çox ekspertlər həyacan təbilini çalmaqdadır. Ekspertlərin rəyinə görə insanlarda kütləvi asosialıq, depressivlik sürətlə yayılmaqdadır. Bu isə insanlarda “kütlədə tənhalıq”- sindromuna gətirib çıxarır. Jalə Fərhadova onu da qeyd etdi ki,virtual aləm reallığımıza alternativ kimi artıq formalaşır və orada özünü realizə etməyə başlayır. Daha çox vaxt ayırır daha fəal olur bu isə təbi ki, buna vaxt lazımdır. Həmən şəxs bu vaxtı real həyatından kəsməyə başlayır. Bunun isə narkotik bir efekti var, yəni insan nə qədər çox virtual aləmdə vaxt keçirirsə, özünü realizə edirsə o, daha çox orada olmaq istəyir. Bununlada insan real ünsüyyətdən kənar qalaraq əlaqələrin soyumasına gətirib çıxarır və asosial olur. Bu problemdən çıxış yolu isə sağlam, tam aktiv həyat tərzi keçirməklə mümkündür.
Tarix və coğrafiya fakültəsinin TGT üzrə sədri Pərvin Aslanov çıxış edərək qloballaşma dövründə internet resurslarının milli və mənəvi dəyərlərə təsirindən danışaraq vurğuladı ki, bu gün gənclərin internetdən, sosial şəbəkələrdən, texnoloji vasitələrdən doğru məqsədlər üçün istifadəsi çox vacibdir. Bu vasitələrdən mütəmadi istifadə etmək asılılığın yaranmasına, virtual aləmə bağlılığa, real həyatdan uzaqlaşmağa, nəticədə isə bəzi dəyərlərin itirilməsinə gətirib çıxarır. Milli-mənəvi dəyərlərimizin virtual təsirlərdən qorunmasının zəruri olduğunu vurğulayan Pərvin Aslanov bu işdə hamının rolunun zəruriliyini qeyd etdi.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti