İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimləri Bakı Hesabat Mərkəzinin tədbirində iştirak etdilər
Dekabrın 8-də Bakı şəhərində Landmark otelində Bakı Hesabat Mərkəzinin yaradılmasının bir ili ilə əlaqədar tədbir keçirildi.
Tədbiri Bakı Hesabat Mərkəzinin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev açaraq, gələn qonaqları salamladı və mərkəzin bir illik fəaliyyəti ilə bağlı hesabatla çıxış etdi.
Tədbirdə Azərbaycan Respublikası Vergilər Nazirliyi, Respublika Audit Palatasının və digər aidiyyatı dövlət qurumlarının rəhbər işçiləri, müxtəlif dövlət və özəl sektorda çalışan maliyyə direktorları, baş mühasiblər və ali təhsil müəssisələrinin mühasibat uçotu kafedralarının əməkdaşları iştirak etdilər. Sumqayıt Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov təmsil etdilər.
Çıxışçılar ölkəmizdə aparılan iqtisadi islahatların mühasibat uçotu sahəsində uğurla davam etdirilməsində Bakı Hesabat Mərkəzinin mühüm rol oynadığını qeyd etdilər. Vergilər Nazirliyi tərəfindən Bakı Hesabat Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi. Tədbirdə dosent Loğman Abdullayev çıxış edərək, mərkəzin kollektivini təbrik etdi və mühasibat uçotu üzrə mütəxəssislərin hazırlanmasında Bakı Hesabat Mərkəzi ilə qarşılıqlı şəkildə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi.
Sonda tədbir konsert proqramı ilə yekunlaşdı.
Mətbuat xidmət