Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Oğuzlar və türk tarixi” mövzusunda dəyirmi masa
Yerləşdirilmə tarixi : 20 Dekabr 2019 13:06
“Oğuzlar və türk tarixi” mövzusunda dəyirmi masa
Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: Linqvodidaktik, Linqvokulturoloji və Psixolinqvistik aspektlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın davamı olaraq, Rusiya, Türkiyə və digər ölkələrdən dəvət olunmuş alimlər Filologiya fakültəsində müxtəlif seminar, dəyirmi masa və ustad dərsləri keçdilər.
Dekabrın 20-də dəyirmi masa ətrafında Türkiyənin Gazi Universitetinin professoru Necati Demir “Oğuzlar və türk tarixi” mövzusunda ətraflı çıxış etdi. Necati Demir illərdir apardığı çalışmaların bəhrəsini gördüyünü, 30 il "Oğuznamə" mövzusu üzərində çalışdığını, bu dairədə əsasən Almaniya, Fransa, İngiltərə, Rusiya, Özbəkistan, Azərbaycan, Avstriya, Monqolustan, Hindistana şəxsən gedib kitabxanalarda araşdırmalar apardığını, nəticədə "Oğuznamə" adlı 10 cildlik kitab yazdığını bildirdi. Oğuznamənin müxtəlif nüsxələri içərisində “Dədə Qorqud” dastanının müxtəlif bölümlərinin aşkara çıxdığını, dastanın Orxun yazılarından öncəyə dayandığını diqqətə çatdırdı. Professor Necati Demir “Dədə Qorqud” dastanının farscadan çevirdiyi qismi isə Oğuz türklərinin əsasən X əsr tarixi mövzusunda tayı-bərabəri olmayan bir qaynaq olduğunu söylədi. Qeyd etdi ki, “Dədə Qorqud” ilə bağlı bilgilər, türk tarixi baxımından önəmlidir.
Tədbirdə Oğuz və türk tarixi haqqında danışıldı, bu qiymətli mənbənin tədqiqi ilə əlaqədar aparılan işlər müzakirə edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az