Nümayəndələrimiz ERASMUS+EQAC layihəsi çərçivəsində keçirilən görüşdə iştirak etdilər
Yanvarın 16-da Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS + EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində görüş keçirildi. Görüşün məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı məsələlərini müzakirə etmək, eləcə də universitetlərin rektorları, prorektorları və menecerlərin görüşünü təşkil etmək və mübadilə müqavilələri imzalamaqdır. Görüşdə İngiltərənin Middlesex Universitetinin dosenti George Dafoulas da iştirak etdi. Dosent George Dafoulas aşağıdakı istiqamətlərdə ERASMUS+ layihəsi hazırlamağı və tərəfdaş olmağı təklif etdi: karyera, elektron öyrənmə, sahibkarlıq və innovasiya, inqubasiya, sosial inklüzivlik. Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdilər.
Qeyd edək ki, ERASMUS+EQAC layihəsi Avropa Birliyinin maliyyələşdirdiyi Baki Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir.
Yerli tərəfdaşlar:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Azərbaycan Memarlıq və İnşaat Universiteti
3.Sumqayıt Dövlət Universiteti
4.Azərbaycan Dövlət Pedaqoji Universiteti
5.Azərbaycan Texnologiya Universiteti
6.Azərbaycan Turizm və Menecment Universiteti
7.Gəncə Dövlət Universiteti
8.Mingəçevir Dövlət Universiteti
9.Naxçıvan Universiteti
10.Odlar Yurdu Universiteti
11. Azərbaycan Universiteti
Xarici tərəfdaşlar :
1. Litva Sosial Tətbiqi Elmlər Universiteti
2. Alikante Universiteti, İspaniya
3. Kral Texnologiyalar İnstitutu, İsveç
4. Middlesex Universiteti, Böyük Britaniya
Mətbuat xidməti