Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 25 Yanvar 2020 12:12
Elmi şuranın növbəti iclası keçirildi
Yanvarın 24-də Sumqayıt Dövlət Universitetində Elmi şuranın növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini salamladı və gündəlikdə olan məsələlərin müzakirəsinə başlamazdan öncə qeyd etdi ki, SDU-nun tarixində ən böyük nailiyyət Dissertasiya şurasının alınmasıdır. 2018-ci ildə Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya şurasında 6 nəfər dissertasiya işini müdafiə etmişdir. Onlardan 5 nəfəri artıq diplomunu almış, 1 nəfərin işi isə Ekspert şurasından keçmişdir. Hazırda universitetimizdə 6 ixtisas üzrə 3 Dissertasiya şurası fəaliyyət göstərir. Neft kimyası və üzvi kimya ixtisasları üzrə Dissertasiya şurası kimya elm sahəsi üzrə elmi dərəcələrin verilməsi, İnformasiyaölçmə və idarəetmə sistemləri (sahələr üzrə) və sistemli analiz, İdarəetmə və informasiyanın işlənməsi (səhələr üzrə) ixtisasları üzrə Dissertasiya şurası texnika elm sahəsi üzrə elmi dərəcələrin verilməsi, Azərbaycan dili və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə Dissertasiya şurası filologiya elm sahəsi üzrə elmi dərəcələrin verilməsi üçün dissertasiyaların müdafiəsini həyata keçirir.
Rektor dissertasiya şuralarının sədrlərini: professorlar Əkbər Ağayev, Ramazan Məmmədov və Aqil Hüseynovu təbrik etdi və məsul işlərində uğurlar arzuladı.
Sonra rektor elmi dərəcə və elmi ad almış əməkdaşları təbrik etdi. Qeyd etdi ki, 2019-cu ildə SDU üzrə 19 nəfər elmi dərəcə və elmi ad almışdır, onlardan 1 nəfər elmlər doktoru, 11 nəfər fəlsəfə doktoru və 7 nəfər dosent elmi adını almışdır.
İclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam etdi.
“SDU-nun Strateji İnkişaf Planı” (2020-2025- ci illər) haqqında İşçi qrupun rəhbəri dosent Zəfər Hüseynov çıxış etdi. Bildirdi ki, SDU-nun Strateji İnkişaf Planı” “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmçinin “2019-2023–cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı”na uyğun olaraq, insan kapitalının bilik və innovasiyalara əsaslanaraq inkişafı mühüm istiqamət kimi qəbul edilmişdir.
SDU-nun Tədris ədəbiyyatı üzrə təminatının vəziyyəti haqqında Komissiyanın sədri professor Məhəmmədəli Zərbəliyev məlumat verdi. Qeyd etdi ki, SDU-nun Elmi kitabxanasında fəaliyyət göstərən “Komplektləşdirmə və kitabişləmə”, “Xidmət (abonement, oxu zalı)”, “Məlumat-biblioqrafiya” və “Bədii ədəbiyyat” şöbələrinin fəaliyyəti, tələbələrin oxu zalından istifadəsinin intensivliyi, oxuculara xidmətin səviyyəsi, kitabların səliqəli saxlanılması və mühafizəsi, klassik və qüsurlu (köhnə) kitabların bərpa olunaraq yenidən fonda qaytarılması kifayət qədər yüksək səviyyədə həyata keçirilir.
Pedaqoji və istehsalat təcrübələrinin əsasnamələri haqqında Tədris Metodiki Mərkəzin direktoru baş müəllim Faiq Şirinov çıxış edərək diqqətə çatdırdı ki, ixtisaslar üzrə təcrübələrin təşkili və keçirilməsi haqqında Əsasnamə, istehsalat təcrübəsinin təşkili və keçirilməsi haqqında Qaydalar, eyni zamanda tələbələrin pedaqoji təcrübə gündəliyi və İstehsalat təcrübəsi gündəliyi yeni formada hazırlanmışdır. Faiq Şirinov onların təsdiq olunmasını təklif etdi. Aparılan müzakirədən sonra təqdim olunan əsasnamə və qaydalar təsdiq olundu.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi şuraya 32 adda tədris və tədris metodik vəsait daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az