Əməkdaşlarımız Beynəlxalq Təhsil Menеcerləri Assosiasiyasının təsis görüşündə iştirak etdilər
Fevralın14-də Azərbaycan İncəsənt və Mədəniyyət Universitetində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Beynəlxalq Menecerlər Assosiasiyasının təsis görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Səfirliyi, Milli ERASMUS ofisi və Ali Təhsil Müəssisələrinin (ATM) beynəlxalq sahədə fəaliyyət göstərən əməkdaşları iştirak etdilər. Səfirlikdə Mədəniyyət işləri üzrə məsul şəxs Riçard Pinkam və səfirliyin İctimai əlaqələr şöbəsinin təhsil proqramları üzrə mütəxəssisi Ramına Mürşüdova, Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Arif Nəcimov və Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırovun moderatorluğu ilə aparıldı. Moderatorlar assossiasiyanın yaradılmasının zəruriliyi, nizamnaməsi, üzvlərin qəbulu, tədbirlər planı haqqında çıxış etdilər, dünya təcrübəsindən danışdılar və cari məsələləri müzakirə etdilər. Tədbir zamanı təkliflər səsləndi və həmin təkliflər qeydə alındı.
Təhsil Nazirliyinin nümayəndəsi Nərmin xanım Bağırova Study in Azerbaijan (Azərbaycanda təhsil) layihəsi, portalı haqqında məlumat verdi.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və xarici tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin metodisti Nigar Məmmədova iştirak etdilər.
Mətbuat xidməti