Filologiya fakültəsində tələbələrin istehsalat təcrübəsinə dair görüş keçirildi
Fevralın 14-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin IV kurs tələbələrinin keçəcəkləri istehsalat təcrübəsinə dair görüş keçirildi.
Görüşdə fakültə dekanı, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak etdilər.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək, istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq tələbələrə uğurlar arzuladı. Bildirdi ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri bilikləri təcrübə ilə vəhdətdə daha dərindən öyrənməsi, lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Dosent Sevinc Həmzəyeva tələbələrin pedaqoji və istehsalat təcrübəsi ilə əlaqədar keçiriləcək müəsisələr ( 25, 2, 3, 1, 27, 15, 39, 4,12, 5 saylı Sumqayıt şəhər məktəbləri, 11, 24 saylı uşaq bağçaları və AMEA-nın Folklor Institutu) və təcrübədə iştirak edəcək ixtisaslar (Azərbayacan dili və ədəbiyyatı müəllimliyi, Filologiya, Psixologiya, Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial psixoloji xidmət) barədə məlumat verdi.
Mətbuat xidməti