Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi
Yerləşdirilmə tarixi : 05 May 2015 16:14
Universitetimizin Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi

Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi.Universitetin prorektoru, dosent Nizami Namazov tədbiri açaraq bildirdi ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. Vurğuladı ki, Ümummilli Lider “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental bazanın əsasını qoymuşdurProrektor qeyd etdi ki, bu gün Prezident cənab İlham Əliyev ölkəmizin inkişafına xidmət edən dövlət gənclər siyasətini uğurla davam etdiriir. Mədəniyyətimiz, incəsənətimiz, təhsilimiz, idmanımız dünya arenasında öz yerini tutur, Azərbaycanın bayrağı ən yüksək zirvələrdə dalğalanır. Universitetin Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov bildirdi ki, Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etmişdir.Tədbirdə çıxış edənlər söylədilər ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin  məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsidir. Sonda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı sənədli film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az