SDU-nun tələbələri “Əsgərə salam” aksiyasına qoşuldular
Fevralın 20-də Sumqayıt Dövlət Universitetinin tələbələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşuldular. Aksiyanın məqsədi “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
Tələbələrimiz bu aksiyada fəal iştirak etməklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını, qəhrəman əsgər və zabitlərimizi dəstəklədiklərini nümayiş etdirdilər.
Aksiya yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda keçdi.
Mətbuat xidməti