Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar edib
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Müzəffər Qəzənfər oğlu Qurbanov özünü asaraq intihar edib. Hadisə Sumqayıt şəhərində baş verib.
Fakültədən verilən məlumata əsasən Müzəffər Qurbanovun dərsə davamiyyəti yaxşı olub, ötən gün AMEA-nın Folklor İnstitutunda istehsalat təcrübəsində iştirak edib.
Tələbə yoldaşları bildiriblər ki, Müzəffər Qurbanov intihar etməzdən əvvəl dəfələrlə azyaşlı qardaşının itkisinə dözə bilmədiyini və ona tezliklə qovuşacağını söyləyib. Sonradan isə 2017-ci ildən sevdiyi qızın başqası ilə nişanlanması ona böyük zərbə olub və bu barədə öz sosial səhifəsində paylaşım edib.
Sumqayıt Dövlət Universitetinin kollektivi Müzəffər Qurbanovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Mətbuat xidməti