SDU-nun tələbələri Polimer Materialları İnstitutunda təcrübə keçirlər
Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin və ali məktəbin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
Əvvəlcə təcrübəçi gənclər 2016-cı ildən etibarən PMİ-nin nəzdində fəaliyyət göstərən SDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası və ekologiya” elm və tədris mərkəzinin fəaliyyəti və müəssisənin laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış oldular.
Qeyd edək ki, tələbələr təcrübə müddətində institutun elmi seminarlarında iştirak edəcək, istifadə olunan cihaz və avadanlıqların iş prinsiplərini öyrənəcəklər. Təcrübə prosesi tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri praktiki vərdişlərin formalaşdırılması məqsədini daşıyır.
Mətbuat xidməti