ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti təlim keçirildi
Fevralın 24-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin metodisti Nigar Məmmədova tərəfindən “Keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçirildi. O, Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təqdimatla çıxış etdi. Daha sonra tələbələrə qrup işləri verildi və flipçatlarla təqdimatlar oldu. Təlim interaktiv, sual-cavab, müzakirələr şəkilində aparıldı, tələbələr fəal iştirak etdilər.
Tələbələr təlimə xeyli maraq göstərdilər və bu növ təlimlərin tez-tez keçirilməsini arzu etdilər. Təlimdə Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və laborantı Gülnar Hüseynova da iştirak etdilər.
Mətbuat xidməti