Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində məsafədən təhsil davam etdirilir
Yerləşdirilmə tarixi : 15 Aprel 2020 18:26
Kimya və biologiya fakültəsində məsafədən təhsil davam etdirilir
Vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVİD-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Təsadüfi deyil ki, respublikamız bu təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. İtaliya, İspaniya, ABŞ, Fransa kimi dövlətlər nə qədər inkişaf etmiş səhiyyə sisteminə malik olsalar da, koronavirus infeksiyasının sürətlə yayılması onları çətin duruma salıb. Məhz ilk vaxtlardan lazımi sosial izolyasiya tədbirlərinin həyata keçirilməməsi, eləcə də vətəndaşların bu təhlükəyə etinasız və biganə yanaşmaları bu ölkələrdə ciddi fəsadlar yaradıb. Azərbaycanda vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq olundu. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırıldı.
Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi, Kimya və biologiya fakültəsində də tədris məsafədən idarə formasında həyata keçirilir. Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsinə, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılmasıdır. Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov bildirdi ki, ilk əvvəl dərslər WhatsApp və Zoom proqramları ilə tədris olunmağa başlamışdır. Fakültədə dərs aparan hər bir müəllim fənlərinə uyğun WhatsApp və Zoom işçi qrupları yaratmışdır. Tələbələr üçün dərs cədvəlinə uyğun olaraq, məsafədən tədris formasında laboratoriya, məşğələ və mühazirə dərsləri təşkil olunmuşdur. Həmçinin məsafədən (distant) təhsilin təşkil edilməsi üçün bütün fakültələrdə olduğu kimi, Kimya və biologiya fakültəsində də Moodle sistemindən istifadəyə başlanılmışdır. Fakültənin bütün müəllim və tələbələri Moodle sistemində qeydiyyatdan keçmişdir. Hər bir müəllim tədris etdiyi fənnə uyğun olaraq, mühazirə, laboratoriya, məşğələ mövzularını, eləcə də sillabus, sərbəst iş mövzuları, fənnlərin təqvim-tematik planı və imtahan suallarını yerləşdirmişdir.Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-dən Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə əlaqədar Microsoft platformasından istifadə etməyi tövsiyə etmişdir. Fakültənin bütün müəllim və tələbələri “Microsoft Teams” proqramında qeydiyyatdan keçmişdir. Bütün qruplar üzrə bu proqramda mühazirə, laboratoriya, məşğələ mövzuları, sillabus, sərbəst iş mövzuları, təqvim-tematik plan, imtahan sualları yerləşdirilmişdir. Microsoft Teams proqramında müvafiq qaydalara uyğun olaraq, məşğələ dərsləri aparılır və qiymətləndirilir.
 
Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az