Mühəndislik fakültəsində qiyabi şöbə üzrə təhsil alan tələbələr üçün də onlayn dərslər davam etdirilir
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Mühəndislik fakültəsində qiyabi şöbə üzrə təhsil alan tələbələr üçün də tədris prosesi məsafədən, onlayn şəkildə uğurla həyata keçirilməkdədir. Tələbələrin böyük əksəriyyətinin bu platformadan istifadəsi və onlayn tədrisə cəlb olunması təmin edilib.
Aprelin 1-dən qiyabi şöbə üzrə təhsil alan III kursların dərsləri də onlayn keçirilir. Hal-hazırda moodle.sdu.edu.az saytı və “Microsoft Teams” proqramı ilə paralel WhatsApp qruplarında da işlər davam etdirilir. Aprelin 16-da Mühəndislik fakültəsinin baş müəllimi Südabə Nağıyeva Kompüter sxemotexnikası və mikroprosessor sistemləri fənnindən “Mərkəzi prosessor, yaddaş qurğuları”, aprelin 17-də dosent Şəlalə Cəfərova İnternet texnologiyaları və əməliyyatların tədqiqi fənnindən “İntellektual sistemlərdə biliklərin təsvir edilməsi” , baş müəllim Təranə Səfərova Kompüter qrafikası fənnindən “Corel draw qrafics sisteminin strukturu və onun iş rejimləri” mövzularında 617-1-ci qrupda onlayn dərs keçdilər. Karantin müddəti bitənə qədər dərslərin bu şəkildə təşkil olunması tələbələr tərəfindən razılıqla qarşılanır. Ümumiyyətlə, universitetin ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış Moodle sisteminə Mühəndislik fakültəsinin 20 (bakalavr 17, magistr 3) qrupu qoşulmuşdur. Dərslərin mənimsənilməsi üçün lazım olan materiallar sayta yerləşdirilmişdir. Təhsil Nazirliyi Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə “Microsoft Teams” platformasından istifadəyə start vermişdir. Bu platformada da müəllim və tələbə heyəti aktiv iştirak edir. Fakültəmizdə dərs deyən müəllimlər bu platformada dərsləri onlayn keçir. Hal-hazırda moodle.sdu.edu.az saytı və Microsoft Teams proqramı ilə paralel WhatsApp qruplarında da işlər davam etdirilir. Bunun üçün universitetin koordinatorlar qrupu yaradılmışdır ki, buradan əldə edilən göstərişlər dərhal müəllimlərə çatdırılır. Tütorlar və qrup rəhbərləri bu işə cəlb edilmişdir. Onu da qeyd edək ki, universitetin bütün tələbələri müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etmələri üçün dərslərin böyük əksəriyyətinin videoçəkilişi aparılır.
Mətbuat xidməti