Sumqayıtda müasir Azərbaycanın memarı şərəflə anıldı
Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi.
Mayın 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ictimaiyyət nümayəndələrinin, o cümlədən Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsini ziyarət etdilər.
Əvvəlcə Ümummilli lider əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüldü.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Mətbuat xidməti