Kimya və biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda onlayn elmi-praktik konfrans keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda onlayn elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq, Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışdı. Dekan Аzərbаycаn elminin, təhsilinin inkişafının görkəmli dövlət xadimi Hеydər Əliyеvin аdı ilə bаğlı olduğunu bildirdi. Qeyd etdi ki, ölkəyə rəhbərliyinin bütün dövrlərində Ulu öndər bu sаhəyə diqqət və qаyğısını əsirgəməmiş, dаim еlmin, təhsilin himаyədаrı kimi çıхış еtmişdir. Görkəmli dövlət xadimi Hеydər Əliyеv еlmin, təhsilin inkişаfınа milli dövlət quruculuğu prоsеsinin zəruri əsаsı kimi yаnаşmış, хаlqın intеllеktuаl səviyyəsinin аrtırılmаsını ən vаcib vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Ümummilli liderin ötən əsrin 70–80-ci illərində uzaqgörənliklə həyata keçirdiyi siyasət bu gün öz nəticələrini göstərir. Ulu öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili”, Kimya və biologiya fakültəsininin tələbəsi Anar Güllərli “Heydər Əliyev və ana dilimiz”, fakültə üzrə TGT-nin sədri Kənan Namazov “Heydər Əliyevin azərbaycançılıq ideologiyası” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransın sonunda tələbələr: Elnarə Mehdizadə “Heydər Baba”, Gülnur İsgəndərli “Ulu öndər” şeirlərini səsləndirdilər.
Mətbuat xidməti