Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminar keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılıği ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi ” mövzusunda Zoom platformasında onlayn seminar keçirildi.
Seminarı giriş sözü ilə fakültə dekanı dosent Ulduz Ağayev açaraq dahi liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahələrinin inkişafındakı əvəzsiz rolundan söz açdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışıb. Dekan ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində еlmin, təhsilin inkişаfı, gənclərin intеllеktuаl səviyyəsinin аrtırılmаsını, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etməsini, “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladığını və hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunmasını qeyd etdi. Ulduz Ağayev onuda vurğuladı ki,əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Bu gün Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.
Sonra dekan müavini Svetlana Əhmədova öz çıxışında gələcəyimiz olan gənclərə ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” kəlamını xatırlatdı. O, gənclərə tariximizi, milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi yaşatmağı tövsiyyə etdi.
Mayak loqapedik-psixoloji Mərkəzin psixoloqu Dürdanə Məmmədova gəncliyin inkişafı, psixoloji, bioloji , sosial baxımdan yetişməsindən, gənclərin hansı problemlərlə daha cox rastlaşmasından danışdı. Amoral davranış, alkoqolizm, narkomaniya, tütün asılılığı, cinayyət və s. barədə geniş məlumat verdi. Siz gənclər belə bir ölkədə yaşadığınız üçün fəxr etməlisiniz. Çünki dövlətimiz siz gənclərə hər zaman dəstək olub.
Daha sonra tədbir dekan müavini Səbinə Əliyeva və kafedra əməkdaşlarının çıxışları, tələbələrin Ulu öndər haqqında şeirləri ilə davam etdi.
Mətbuat xidməti