Qələbə günü qeyd olundu
						
						Sumqayıt şəhərində 9 May-Qələbə gününə həsr olunmuş parad keçirildi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ictimaiyyət nümayəndələrinin,  o cümlədən Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyətinin iştirak etdikləri tədbirdə əvvəlcə Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidə  önünə  gül dəstələri düzüldü və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Sonda tədbir iştirakçıları  parada tamaşa etdilər.
Mətbuat xidməti