Tələbə və əməkdaşlarımız “Creativ Spark” layihəsi çərçivəsində növbəti onlayn seminarda iştirak etdilər
Mayın 11-də Xəzər Universiteti və İngiltərənin Middlesex Universiteti “Creative Spark” layihəsi çərçivəsində British Council-in Creative Spark Tərəfdaşlığı Fondunun dəstəyi ilə növbəti seminar təşkil edildi. Seminarda spiker İngiltərənin Middlesex Universitetinin dosenti Georgios Dafoulas “Sahibkar zehniyyət” mövzusundan bəhs etdi.
Onlayn seminarda spiker iştirakçılara yaradıcı və yenilikçi sahibkarlar üçün lazımi bacarıqlar, düşüncə çərçivəsinin təsviri haqqında danışdı. Sahibkar zehniyyət nədir?, sahibkar düşüncədə lazım olan xüsusiyyətləri-sahibkarlıq imkanlarının açılmasına və ya yaradılmasına səbəb olan idrak prosesləri, sahibkarların necə düşündüyünə diqqət yetirilməsi, sahibkarlıq seçimləri-hansı fürsətləri axtarmaq və ya hansını nəzərə almamaq barədə qərarların verilməsi, düzgün fürsətlərə can atmaq effektiv sahibkarların əsas xüsusiyyətləri olmasından, həmçinin sahibkarlıq xüsusiyyətləri barəsində maraqlı məlumatlar verdi.
Seminarda Sumqayıt Dövlət Universitetindən Filologiya fakültəsinin Xarici dillər kafedrasının müəllimi Lalə Məmmədova, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşları Natavan Quliyeva və Nigar Məmmədova, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Əli Ağacanlı, Tarix və coğrafiya fakültəsinin tələbəsi Aydın Sadıqov, Filologiya fakültəsinin tələbəsi Türkiyə Cümhuriyyəti vətəndaşı Hamza Şahin, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Pakizə Məsimli iştirak etdilər.
Görüş Adobe Connect proqramı vasitəsilə həyata keçirildi.Qeyd edək ki, silsilə xarakter daşıyan seminarlar bu həftə yekunlaşdı.
Mətbuat xidməti