Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş vebinar keçirildi
Yerləşdirilmə tarixi : 29 May 2020 11:54
Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş vebinar keçirildi
Mayın 28-də Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş vebinar keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan vebinarı giriş sözü ilə fakültənin dekanı dosent Sevinc Həmzəyeva açaraq, 28 May- Respublika Günü münasibəti ilə kollektivi və tələbələri təbrik etdi, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötdüyünü qeyd etdi. Bildirdi ki, xalqımızın şanlı tarixinə daxil olan 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün Azərbaycan xalqı 28 mayı şanlı tarixinin ən əlamətdar hadisəsi, şərəf, qürur salnaməsi kimi böyük sevinc hissi ilə qeyd edir. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Dekan onu da bildirdi ki, Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları və irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edir. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük və zəngin inkişaf yolu keçir. Ölkəmizin sürətli inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri var. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar yeni mərhələyə qədəm qoyub. Dövlət başçımız cənab İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar, fərmanlar, qəbul etdiyi qərarlar bizim qarşımızda mühüm və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, ölkəmiz üçün müasir dövrün tələb və çağırışlarına cavab verən yüksəkixtisaslı kadrlar hazırlayaq.
Sonra Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, dosent Törə Məmmədova, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək bildirdilər ki, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olmuşdur. Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə–cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Dövlətimizin başçısı milli-mənəvi dəyərlərin və tarixi irsin böyük himayədarı olduğunu dəfələrlə sübut edib. Prezident cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı əsasında cümhuriyyətin yaranmasının 100-cü ildönümü respublikamızda geniş qeyd olundu. Eyni zamanda dövlətimizin başçısının 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi cümhuriyyət banilərinə göstərilən yüksək ehtiram və hörmətin bariz nümunəsi olub. Bu gün Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dövlətçiliyimiz mövcudluq tarixinin heç bir dönəmində bu qədər güclü olmayıb.
Fakültənin bir qrup tələbəsi Aynurə Əliyeva, Natəvan Rüstəmova, Natəvan Bozqurdlu, Ümbül Salmanlı, Fidan Musazadə, İmran Hüseynli, Elvin Abbaslı, Elman Məmmədzadə, Aysel Abdürrəhmanova, Ülkər Əkbərova, Fatimə Mürsəliyeva vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Fizika və elektroenergetika fakültəsinin tələbəsi Hüseyn Məmmədovun ifasında "Cümhuriyyət nəğməsi" səsləndirildi. Eyni zamanda bu mahnını Fatimə Mürsəliyeva işarət dili ilə müşayiət etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az