SDU-da yeni təyinat
						
					
					
					
					
					
						Mayın 13-də rektor Elxan Hüseynov  Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun  11/388 saylı əmrinə əsasən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuş Natiq Həsən oğlu Talıbovu kollektivə təqdim etdi.
Dosent Natiq Həsən oğlu Talıbov 1992-ci ildən Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır.   50-dən artıq elmi məqalənin, dərs  və metodik  vəsaitlərin müəllifidir. 2014-cü ildən  isə Doktorantura və magistratura şöbəsinə   rəhbərlik etmişdir.
Mətbuat xidməti
                
             