Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar onlayn iclas keçirildi
Yerləşdirilmə tarixi : 22 İyun 2020 18:00
SDU-da sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar onlayn iclas keçirildi
İyunun 20-də Sumqayıt Dövlət Universitetində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az  elektron portalı vasitəsilə müraciət etmiş və bu statusa aid olan tələbələrin adlarının təhkim olunmuş məsul şəxslərin şəxsi kabinetində öz əksini tapması, həmin tələbələrin valideynlərinin həssas əhali qrupuna aid olub-olmaması haqqında Təhsil Nazirliyi tərəfindən göndərilmiş təlimata uyğun yoxlanılıb təsdiq edilməsi ilə əlaqədar onlayn formatda iclas keçirildi.
SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov iclas iştirakçılarını salamladı və iclasın gündəliyində duran əsas məsələnin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin, təhsil müəssisəsi altsisteminin işinin sürətləndirilməsi olduğunu bildirdi. Qeyd etdi ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Prorektor onu da qeyd etdi ki, Azərbaycan sosial dövlətdir və Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması əhalinin rifahının təminatı istiqamətində atılan mühüm addımlarda, ildən-ilə genişlənən sosial proqramlarda əyani təsdiqini tapır. Bu günlərdə Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar verdi. Qərarda Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd edilib. Verilən qərar dövlətin təhsilə diqqət və qayğısı kimi qiymətləndirilə bilər. Sözügedən qərar təhsil sahəsi ilə bağlı atılan növbəti humanist addımlardan biridir. İyunun 19-da Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov rektorluğun koronavirus pandemiyası ilə əlaqədar 2019–2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının gedişatı, Yekun Dövlət Attestasiyasının keçirilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi və universitetdə görülən işlərin vəziyyətinə həsr olunmuş iclasında komissiyanın tərkibinin genişləndirilməsi və işlərin sürətləndirilməsi barədə tapşırıq vermişdi.
Prorektor bu istiqamət üzrə təhkim olunmuş məsul şəxslərin diqqətinə çatdırdı ki, şəxsi kabinetlərində adları qeyd olunan tələbələrin müraciətlərini yoxlayıb təsdiq edərkən mütləq təlimatda əksini tapmış qaydalara əməl olunmalıdır. Əgər hansısa tələbənin sənədlərində uyğunsuzluq olarsa, tələbənin özü ilə əlaqə yaradıb, lazimi sənədləri alıb, universitetin hüquqşünasının iştirakı ilə yoxlamaq lazımdır. Naxçıvan Muxtar Respublikasında yaşayış qeydiyyatı olan tələbələrin də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmadıqları haqqında sənədlər universitet tərəfindən araşdırılıb yoxlanılmalıdır.
Onlayn formatda keçirilən iclasda məsul şəxslər bildirdilər ki, şəxsi kabinetlər mütəmadi izlənilir və adları qeyd edilən tələbələrin lazimi sənədlərinin surətlərinin onlayn formada göndərilməsi üçün tələbələr və onların valideynləri ilə əlaqələr yaradılıb.
Tədris Metodiki Mərkəzin tədris bölməsinin müdiri Sabir Behbudov sözügedən qərarı olduqca vacib addım kimi qiymətləndirərək, Sumqayıt Dövlət Universitetində hal-hazırda bu istiqamətdə aparılan işlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az