Mayın 2-də Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirildi.
Seminarda universitetin rektoru Elxan Hüseynov, Elm və innovasiylar üzrə prorektor, professor Ramazan Məmmədov, universitet TEC-in elmi rəhbəri, dosent İslam Paşayev, Mühəndislik fakültəsinin dekanı, texniki elmlər namizədi, dosent Sabir Xəlilov, müvafiq kafedranın müdirləri və digər fakültələrin TEC-nin üzvləri iştirak etdilər.
Rektor Elxan Hüseynov Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi seminarları çox yüksək qiymətləndirdi. Bu gün ölkəmizdə milli və umumbəşəri dəyərlərə söykənən yeni texnologiyalar, müasir ideyalara əsaslanan, müasir təhsil sisteminin qurulması istiqamətində böyük işlərə başlanılıb. İndi müasir dövrün tələblərinə uyğun təhsilin yaddaşa deyil, təfəkkürə əsaslanan iş üsullarından istifadə etmək, kreativ keyfiyyətləri aşkara çıxarmaqla iqtisadi kapitalı intellekt kapitalına çevirmək, yeni baxış, yeni təfəkkür tərzi, hadisələrə çevik və fəal münasibət bildirmək bacarığı formalaşdırmaq lazımdır. Bu baxımdan SDU–da Karyera mərkəzi yaradılıb. Mərkəzin xətti ilə tələbələri gələcəkdə müəllim və alim kimi yetişdirmək universitetimizdə saxlamaq lazımdır. Mən hessab edirəm ki, tələbələri daha da həvəsləndirmək üçün müxtəlif mükafatlarla təltif etmək lazımdır. Seminarda Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri dosent İslam Paşayev qeyd etdi ki, bu bizim fakültələr üzrə keçirdiyimiz 7-ci seminardır və belə seminarların keçirməkdə əsas məqsədimiz tələbələrin elmi potensialını artırmaq və onlarda elmə, biliyə həvəs oyatmaqdır. TEC-in elmi rəhbəri İslam Paşayev rektor Elxan Hüseynova elmə və təhsilə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi. O, qeyd etdi ki,universitetimizi 6-10 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburuq şəhərində keçirilmiş “Saint-Petersburq OPEN-2015” optoelektronika, fotonika və nanostrukturlar üzrə beynəlxalq konfransda təmsil etmişdir. Bu konfransda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, Sankt Peterburq Akademik Universitetin rektoru, nano strukturlar mərkəzinin yaradıcısı, akademik Jores İvanoviç Alfyorov ilə görüşünü xüsusi vurğuladı. Seminarda Zöhrə Qədimli “Tranzistorlar üzərində məntiqi elementlər”, Bacıxanım Quliyeva “ Yarımkeçirici diodlar üzərində məntiqi elementlər”, Sevda Suvarova “Tələbənin davamiyyətinin hesablanmasının alqoritm və proqram təminatının işlənməsi”, Könül Məsimova “Çay kollarının səmərəli yetişirdirilməsində intelektual sistemin tətbiqi”, Emin Abdullayev “Kursların müvəfəqiyyətinin hesablanması alqoritm və proqram təminatının işlənməsi”, Aygün Məlikzadə “Vibrotransportyorun konstruktiv parametrlərinin optimallaşdırılması”, Xəyalə Nəcəfova “Kompüter modelləşdirilməsində fraktal strukturlar”, Fərid Bayramov “Divilinin rektifikasiyası prosesinin optimal idarəetmə sisteminin işlənməsi” Əsmət Mikayılova “Yiv birləşməsinin möhkəmliyinin tədqiqi, Aygül Tağıyeva “Boruların yiv birləşmələrində kipliyin artırılması üsulları”, Günay Qabulova “Qəzet tullatınlarında tikintidə istifadə olunan yanmayan antiseptik isidicinin alınması texnologiyasının işlənilməsi”, Amirə Quluzadə “EWB proqram paketi vastiəsilə assiloqrafın modelləşdirilməsi” Fərhad Bayramov “Məntiqi analizatorun modelləşdirilməsi” mövzularında məruzə ilə çıxış etdilər. Mühəndislik fakültəsinin dekanı, dosent Sabir Xəlilov bildirdi ki, fakültəmizdə TEC-in 84 nəfərdən çox üzvü var. Çalışdıq ki, elmi-tədqiqat işlərində tələbənin birbaşa iştirakı təmin edilsin və təqdim olunan məruzələr keyfiyyətli olsun. Sonda rektor Elxan Hüseynova və TEC-in elmi rəhbəri İslam Paşayevə belə seminarların keçirilməsinə görə öz təşəkkürünü bildirdi.
Mətbuat xidməti