Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 10 İyul 2020 23:12
SDU-da “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi
İyulun 9-da Sumqayıt Dövlət Universitetində  “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi. Konfransın Plenar iclasında Millət vəkili akademik Ziyad Səmədzadə, Millət vəkili Vüqar Bayramov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor əvəzi professor Arzu Hüseynova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri professor Elşən Hacızadə və Azərbaycan, Türkiyə, Rusiya, o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etdilər. 
Konfransın bağlanış mərasimində Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində mövcud vəziyyətlə əlaqədar onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlərimiz, konfranslarımız təşkil olunur. Həmçinin onlarla professor və alimlərimiz beynəlxalq konfranslarda uğurla iştirak və məruzələrlə çıxışlar edirlər. Bu baxımdan universitetimiz dünyanın bir çox universitetləri ilə əlaqələri genişləndirir. İki gün davam edən konfransın məqsədi də yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir. Hələ, 2018-ci ilin may ayında “İqtisadi təhlükəsizlik mövcud vəziyyət və perspektivlər” Beynəlxalq elmi konfransının möhtəşəm təşkilindən sonra, iqtisadi təhlükəsizlik məsələləri ilə bağlı konfransımıza daimi status verildi və iki ildən bir bu konfransın keçirilməsi qərara alındı. İndi bir daha əmin olduq ki, qlobal təhlükələr hansı həddə çatmışdır. Buna görə də hər bir ölkənin milli və iqtisadi təhlükəsizliyi davamlı araşdırılaraq, yeni iqtisadi və idarəetmə mexanizmlərinin işlənib hazırlanmasını tələb edir. Bu istiqamətdə konfransın keçiriləsi xüsusi əhəmiyyət kəsb edir.
Prorektor onu da diqqətə çatdırdı ki, müasir dövrdə qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizlik probleminin ön plana çəkilməsi obyektiv bir zərurətdir. Dünya təcrübəsi sübut edir ki, ölkə daxilində siyasi sabitliyin təmin olunduğu şəraitdə belə suveren dövlətə iqtisadi sfera ilə bağlı xarici təhlükələr heç də azalmır. Çünki beynəlxalq maliyyə bazarı, dünya ticarəti, transmilli şirkətlərin fəaliyyəti genişləndikcə, informasiya və telekommunikasiya texnologiyaları inkişaf etdikcə ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək problemləri də mürəkkəbləşir. İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir.
Konfransın işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov ətraflı məlumat verdi.Bildirdi ki, konfrans 4 bölmə üzrə iki gün ərzində 8-9 iyul 2020-ci il tarixlərində davam etdirildi. Konfransın Təşkilat komitəsinə 4 xarici ölkənin (Rusiya, Türkiyə,İran İslam Respublikası, Almaniya) 7 universitetindən və respublikamızın 25 elm və ali təhsil müəssisələrindən 175-dən artıq məruzə tezisləri daxil olmuşdur. Həmin tezislər Proqram komitəsi tərəfindən seçilib, plagiat sistemindən keçərək, konfransın gündəliyinə 144 məruzə (o cümlədən, 21 məruzə xarici ölkələrdən) daxil edilmişdir.
Sonra konfransın bağlanış mərasimində bölmə rəhbərlərinə söz verildi. Bölmə rəhbərləri müvafiq olaraq bölmələrin işi barədə hesabat verdilər. Bölmə rəhbərləri məruzəçilərin müzakirələrlə təqdim etdikləri elmi-tədqiqat işlərinin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd etdilər.
Bununla da, “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransı öz işini uğurla başa çatdırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az