Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən II Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 10 İyul 2020 19:20
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən II Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi
İyulun 10-da Sumqayıt Dövlət Universitetində “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən II Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi. SDU- nun və AMEA İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etdilər.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov tədbir iştirakçılarına rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dünyanı bürüyən koronavirus pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Mövcud vəziyyətlə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetində tədrisin təşkili günün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə aparıldı, məhz müasir informasiya texnologiyalarının tətbiqinin bariz nümunəsidir ki, koronovirus pandemiyası dövründə universitetdə tədrisin təşkilində heç bir problem yaranmamış, bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırıldı, davamlı olaraq universitetimizdə beynəlxalq, respublika səviyyəli konfranslar keçirildi, bu da ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfələr verdi.
“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans ilk dəfə 2018-ci ildə keçirilmişdi. Mövzunun aktuallığı nəzərə alınaraq konfransın iki ildən bir keçirilməsi qərara alınmışdır. Çünki informasiya sistemləri və texnologiyalar istər nəzəri baxımdan, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf edən bir sahədir. Bu cür konfransların təşkili müxtəlif informasiya-texnologiya strukturlarının gördüyü işlərin işıqlandırılması və maarifləndirmə baxımından böyük əhəmiyyətə malikdir.
Sonra konfransın bağlanış mərasimində bölmə rəhbərlərinə söz verildi.
Bölmə rəhbərləri müvafiq olaraq bölmələrin işi barədə hesabat verdilər. Bölmə rəhbərləri məruzəçilərin müzakirələrlə təqdim etdikləri elmi-tədqiqat işlərinin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd etdilər.
Konfransın işi haqqında məsul katib, Mühəndislik fakültəsinin İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mansurov məlumat verdi. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransın plenar iclası SDU-nun rektoru professor Elxan Hüseynov və AMEA-nın İnformasiya Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyevin birgə sədrliyi ilə davam etdi. Konfrans öz işini 6 bölmə üzrə iki gün ərzində 9-10 iyul 2020-ci il tarixlərində davam etdirdi. Konfransın Təşkilat komitəsinə 3 xarici ölkənin (Rusiya, Türkiyə, Bolqarıstan) 10 universitetindən və respublikamızın 12 elm və ali təhsil müəssisələrindən daxil olmuş 200 - dən artıq məruzə tezislərindən Proqram komitəsi tərəfindən seçilərək və plagiata yoxlanılaraq, Konfransın gündəliyinə 156 məruzə (o cümlədən, 48 məruzə xarici ölkələrdən) daxil edilmişdir.
Bununla da, “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən II beynəlxalq elmi konfrans öz işini müvəffəqiyyətlə başa çatdırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az