Nazirlik və ali təhsil müəssisələri birgə layihəyə başlayıb
Sentyabrın 1-dən Təhsil Nazirliyi müasir trendlər və çağırışları nəzərə alaraq, ali təhsil müəssisələri ilə birgə yeni layihəyə start verib.
Nazirlikdən APA-ya verilən məlumata görə, layihəyə əsasən hər bir universitet yeni tədris ili ərzində həyata keçirəcəyi mühüm işləri (universitetin həyatında xüsusi əhəmiyyət kəsb edən layihələr) #HərZamanTəhsil həştəqi ilə sosial şəbəkə hesablarında paylaşacaq və estafeti digər ali təhsil müəssisəsinə ötürəcək.
Layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə ( https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq, Facebook qrupuna qoşulmaq tövsiyə edili.
Mətbuat xidməti