Təhsilə davam edək − #HərZamanTəhsil deyək
Azərbaycan Dövlət İqtisad Universiteti (#UNEC) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.
Qürur hissi ilə bildirmək istəyirik ki, yeni tədris ilində UNEC tələbələrini müasir standartlara cavab verən möhtəşəm kampusunda qarşılayacaq. Modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Müasir tələblərə cavab verən auditoriyalar, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, 24/7 fəaliyyət göstərən ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları tələbə və müəllimlərin istifadəsinə veriləcək.
UNEC ailəsi ilə tezliklə bir araya gəlmək ümidi və sevinci ilə estafeti Bakı Dövlət Universitetinə ötürürük. Ali təhsillə bağlı ən son yeniliklərlə maraqlanan, kreativ təkliflərlə çıxış etmək istəyən hər kəsi Facebook qrupuna ( https://www.facebook.com/groups/ali.tehsil/) üzv olmağa dəvət edirik!
Mətbuat xidməti