Oktyabr  ayının 9-da Filologiya fakültəsinin 962-ci  qrupunda  Xarici dil  (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Təranə Cabbarova tərəfindən  açıq dərs keçirildi və dərsə  Avstriya Səfirliyinin  nümayəndəsi, elm  üzrə əməkdaşı xanım  Barbara Aigner dəvət olunmuşdu.
Müasir təlim texnologiyaları və öyrədici  filmin nümayişi ilə keçirilən açıq dərs  canlı, ünsiyyət xarakteri daşıyır, müasir  alman dilinin söz ehtiyatının və qrammatikasının öyrənilməsinə yönəlmişdi.  Oxuma, dinləmə, yazma və danışıq bacarığı – hamısı birlikdə dərs ərzində  inkişaf etdirilirdi. Tələbənin analiz etmə qabiliyyəti, məntiqi düşüncəsi də  bir sıra aktual sualları araşdırdıqda    inkişaf etmiş olur. Tələbələr bu dərsdə nəinki alman dilini öyrənirlər,  həmçinin Almaniyanın tarixi və mədəniyyəti ilə tanış olur, film sayəsində  dünyagörüşlərini də artırırlar.
Kafedranın səfirliklə qurduğu əməkdaşlıq sayəsində dəfələrlə  keçirilmiş görüşün davamı olaraq, Xanım Barbara Aigner Avstriya səfiri xanım  Meier Kaj-bicin adından dəvətə görə oz təşəkkürünü bildirərək,  Avstriya  səfirinin dəstəyi ilə alman dilini tədris etmək üçün alman dili və ədəbiyyatına,  ölkəşünaslığına dair yeni kitabları Universitetimizə təqdim etdi, eyni zamanda,  Avstriyada təhsil almaq üçün təqaüd proqramları təklif  etdi. 
Sonda Barbara Aigner və qeyd etdi ki,  sizin universitetlə əməkdaşlıq, bura gəlmək  və alman dili dərsində iştirak etmək mənə böyük sevinc bəxş etdi. Dərsdə yüksək  motivasiya və xoş abu-hava hiss olunurdu. Tələbələrin alman dili bilikləri əla idi,  az bir müddətdə onların almanca sərbəst danışmalarına görə Sizi təbrik edirəm.  Dərs zamanı mən tələbələrin alman dilinə olan böyük marağını gördüm. Ümid  edirəm ki, gətirdiyim dərs vəsaitləri tələbələrin xeyrinə olacaq və bununla  belə mənim vətənim Avstriya ilə daha yaxından tanış olacaqlar.
Açıq  dərsdə həmçinin, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dos. Qafar  Atayev, Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı, filologiya elmlər namizədi,  dos. Sevinc Həmzəyeva, Xarici dil (humanitar fakültələr üzrə)  kafedrasının müdiri, filologiya elmlər doktoru Nigar İsgəndərova, Xarici dil (humanitar fakültələr üzrə) kafedrasının  baş müəllimi Mətanət Həmişəyeva, kafedranın baş laborantları Jalə Məmmədova,  Lamiyə Əhmədova  iştirak edirdilər.
Mətbuat xidməti
                
             