Sumqayıt Dövlət Universitetində koronavirus (COVID -19) infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıdı
Oktyabrın 13-də Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparıldı. Aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından istifadə olundu.
Xatırladaq ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da ardıcıl işlər həyata keçirilir. Universitetin giriş qapısında əməkdaşların hərarəti ölçülür və sosial məsafə gözlənilir.Həmçinin məlumatlılığın artırılması məqsədilə dəhlizlərə maarifləndirici stendlər vurulmuş, əməkdaşların yoluxma riskini azaltmaq məqsədilə xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yeni koronavirus (2019-n CoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil nazirinin 05 fevral 2020-ci il tarixli F-75 nömrəli əmri ilə təstiq edilmiş Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetində həkim- mütəxəssisləri tərəfindən maarifləndirici tədbir keçirilmiş, koronovirusun yaratdığı fəsadlar və bu xəstəlikdən qorunmağın yolları haqqında geniş məlumat verilmişdir. Mütəmadi olaraq universitetdə koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılır. Onu da qeyd edək ki, universitetdə dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Mətbuat xidməti