Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ilk dəfə open-quiz platforması üzrə “Yaddan çıxmaz Qarabağ” mövzusunda intellektual yarış keçirildi
Yerləşdirilmə tarixi : 02 Dekabr 2020 20:04
SDU-da ilk dəfə open-quiz platforması üzrə “Yaddan çıxmaz Qarabağ” mövzusunda intellektual yarış keçirildi
Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ilk dəfə open-quiz platforması üzrə “Yaddan çıxmaz Qarabağ” mövzusunda intellektual yarış keçirildi.
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
12 komandanın iştirak etdiyi yarışda Azərbaycanın tarixi, Qarabağ, milli-mənəvi dəyərlərimiz, və s. mövzular üzrə suallar səsləndirildi.
Yarış komandaların xüsusi maraq və fəallığı ilə keçdi.Tarix və coğrafiya fakültəsinin “Səfəvi” komandası qalib gəldi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az