Yeni prorektor kollektivə təqdim olundu
Yanvarın 25-də Sumqayıt Dövlət Universitetində rəhbər vəzifəyə təyinat oldu. Belə ki, universitetin Ümumi işlər üzrə prorektoru vəzifəsinə Əsəd Məmmədov təyin edildi. O, bu təyinata qədər müxtəlif vəzifələrdə çalışmışdır. Prorektoru kollektivə təqdim edən Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev Əsəd Məmmədovu yeni təyinatı münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Rektor professor Elxan Hüseynov çıxış edərək Sumqayıt Dövlət Universitetinin keçdiyi inkişaf yolundan, tarixindən, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı. Rektor Əsəd Məmmədovu yeni təyinatı münasibətilə təbrik etdi, uğurlar arzuladı. Əsəd Məmmədov da Təhsil Nazirliyinə və SDU-nun rektoruna ona göstərilən yüksək etimada görə təşəkkür edib, bu etimadı doğruldacağını bildirdi. SDU-nun rəhbər strukturuna təyinat alması, bu ailənin bir üzvü olmasından şərəf duyduğunu diqqətə çatdırdı.
Mətbuat xidməti