Universitetlərin Karyera Mərkəzlərinin mövcud perspektivləri müzakirə olundu
Yanvarın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə universitetlərin Karyera Mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq və mövcud perspektivlərin müzakirəsi onlayn formada keçirildi. Görüşdə respublikamızda fəaliyyət göstərən bir çox universitetlərin Karyera Mərkəzinin müdirləri ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev iştirak və çıxış etdi. SDU-nun Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev təmsil etdiyi universitetdə Karyera Mərkəzinin fəaliyyəti ilə bağlı çıxış edərək Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın vacibliyini vurğuladı.
Mətbuat xidməti