Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı Soyqırımını Unutmadıq! Unutmarıq!
Yerləşdirilmə tarixi : 24 Fevral 2021 23:12
Xocalı Soyqırımını Unutmadıq! Unutmarıq!
Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn formatda silsilə tədbirlər keçirilir.
Universitetin bütün fakültələrində ilk dərslər Xocalı faciəsinə, soyqırımı qurbanlarının xatirəsinə həsr edilib. Dərslərdə müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər.
Fevralın 24-də SDU-nun Mühəndislik fakültəsində “Xocalı soyqırımını unutmadıq! Unutmarıq” adlı onlayn formatda tədbir keçirildi. Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı və faciəni əks etirən video-çarx nümaiş etdirildi.
Tədbiri fakültə dekanı dosent Ulduz Ağayev açaraq bildirdi ki, hər kəsin ürək ağrısı ilə müşahidə etdiyi bu videoçarxa baxdıqca erməni millətçi-şovinistlərinin dinc əhaliyə etdiyi ən qorxunc terror aktını gördük. Məhz bu Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqrımı siyasətinə məruz qalmasını göstərir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildi. Bunun nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikada, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, dünya ictimaiyyətinə ermənilərin əsl simaları göstərilir.
Tələbə Gənclər Təşkilatənın fakültə üzrə sədri Kazımova Şəfiqə erməni terrorçularının və Müstəqil Dövlətlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbiçilərininin iştirakı ilə dinc əhaliyə edilən soyqırımı mövzusunda çıxış edərək tədbir iştitakçılarına geniş məlumat verdi.
625 saylı qrupun tələbəsi Qüdrət Ağazadə yazıçı-jurnalist David Verdiyanın “Xaç uğrunda” kitabında, yazıçı-şair Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabında qeyd edilən erməni faşizminin Azərbaycana qarşı törətdiyi amansız cinayətlərdən söhbət açdı. 639 saylı qrupun tələbəsi Məhbubə Məmmədova “Ay bəlalı Xocalı “ şeirini səsləndirdi.
Sonda dekan Ulduz Ağayev onuda qeyd etdi ki, xalqımız Xocalı Soyqırımını və digər faciələri heç bir zaman unutmayacaq. Bu gün fəxrlə deyə bilərik ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az