Əməkdaşlarımız British Council təşkilatının növbəti vebinarında iştirak etdilər
Fevralın 24-də İngiltərənin Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatının növbəti onlayn vebinarı keçirildi.Vebinar “Pandemiya dövründə tələbələr üçün necə maraqlı və asan təhsil mühiti təşkil edə bilərik?” mövzusuna həsr edildi. Vebinarda Avropa ali təhsil müəssisələrinin Keyfiyyət Təminatı Agentliyi üzə mütəxəssisləri məruzə ilə çıxış etdilər.
Keyfiyyət Təminatı Agentliyinin mütəxəssisi Piers Wall “Ali təhsilə səyahət” mövzusunda çıxış etdi və ali təhsil pilləsində tələbə səyahətinin 4 əsas mərhələdən ibarət olduğunu qeyd etdi: 1. Ali təhsilə qəbul olan tələbədə özünəəminlik formalaşdırma, motivasiya mərhələsi; 2. Bəyənilmə və oxumağa hazırlaşma mərhələsi; 3. Səyahət imkanlarının məhdudlaşması mərhələsi; 4. Ali təhsili bitirmə və işə düzəlmə mərhələsi.
Vebinarda tələbənin xaricdə işləmə qabiliyyəti, özünüinkişaf, ona təsir edən faktorlar, öz gələcəyini qurmaq, tələbənin digər tələbələrə təsiri kimi məsələlər haqqında ətraflı məlumat verildi.
Daha sonra Exeter Universitetinin (İngiltərə) doktoru Dawn Less çıxışında universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərin tələbəyə təsiri, bu istiqamətdə əməkdaşların rolu və gələcək işlərin düzgün təşkili haqqında mülahizələr səsləndirdi.
İngiltərə Universiteti Tərəfdaşlıq meneceri Kate Croucher “Qlobal liderlik və istedadlı məzunların işə cəlb edilməsi” mövzusunda çıxış etdi. O, qeyd etdi ki, ali təhsil pilləsini bitirmiş şəxs işə götürülür, iş dəqiqliklə ona öyrədilir, bu şəxs karyera qurur və onun yeri vakansiyaya çevrilir. Beləliklə, insan üzərində investisiya fəaliyyəti icra edilir. İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur.
Vebinarda Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Filologiya fakültəsində kabinet müdiri Samirə Rzayeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Xəyalə Mürsəliyeva, İTM mütəxəssisi Anar Dünyamalıyev iştirak etdilər.
Mətbuat xidməti