SDU-nun Karyera mərkəzinin müdiri Karyera mərkəzləri şurasının idarə heyətinə üzv seçildi
Martın 11-də Azərbaycan Respublikası Karyera Mərkəzləri Şurasının idarə heyətinə seçkilərlə əlaqədar növbəti iclası keçirildi. İclasda Dövlət Məşğulluq Agentliliyinin peşə hazırlığı və peşə yönümü departamentinin baş mütəxəssisi Lalə Rəsulova şuranın fəaliyyət istiqamətləri barədə ətraflı danışdı. Sonra namizədlər platformaları haqqında geniş məlumat verdi. İdarə heyətinə namizəd olanlara 6 vakant yer təklif olundu.
Səsvermə prosesi bütün namizədlərin çıxışından sonra göndərilən formada konfidensial şəkildə siyahıdan 6 namizədin işarələnməsi ilə seçicilər tərəfindən həyata keçirildi.
Qeyd edək ki, hər Karyera Mərkəzinin 1 səsvermə hüququ vardır. Səsvermənin nəticəsi olaraq, ən çox səs toplayan 6 namizəd idarə heyətinə üzv seçildi. İdarə heyətinin tərkibi aşağıdakı kimi formalaşdı:
1. Təranə Aslanova – ADA Universiteti
2. Əmirxan İsayev – Sumqayıt Dövlət Universiteti
3. İlkin Şərifov – Bakı Dövlət Universiteti
4. Emil Aslanlı – Bakı Ali Neft Məktəbi
5. Aidə Bayramova – Azərbaycan Turizm və Menecment Universiteti
6. Fəxrəddin Abdullayev – Azərbaycan Universiteti
7. Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi
8. Təhsil Nazirliyinin nümayəndəsi
Sonda Lalə Rəsulova İdarə heyətinin üvlərinə uğurlar arzuladı.
Mətbuat xidməti