Sumqayıt şəhər Tarix  muzeyində Azərbaycan Respublikasının öz müstəqilliyini qazanmasının 23–cü il  dönümünə həsr olunmuş şəhər tədbiri kecrildi. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İdman və  Gənclər baş idarəsinin birgə təşəbbüsü ilə təşkil  olunmuşdu. 
Tədbirdə YAP Sumqayıt şəhər  təşkilatının sədr müavini SDU-nun baş müəllimi Elmar Xəlilov çıxış edərək başda  universitetin rəhbəri Elxan Hüseynov olmaqla, professor-müəllim, tələbə heyəti  adından  onları salamlamış və bu əlamətdar  gün münasibətilə təbrik etmişdir.
Elmar Xəlilov çıxışında   qeyd etdi ki, Azərbaycan xalqı 1991-ci ilin  oktyabrın 18-də qanı, canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz ulu  öndərimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirmiş, dövlət  suverenliyinə əbədi təminat yaratmışdır. Son 23 ildə respublikamız demokratik,  dünyəvi və sivil yolla inkişaf etmiş, insan hüquq və azadlıqlarının təminatı  sahəsində böyük uğurlar qazanmışdır.
Ümummilli lider Heydər  Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə, o cümlədən müstəqil  Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 ildə həmişə xalqımızın  milli maraqlarına xidmət etmiş. ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə  qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində  xalqın maddi rifahının yaxşılaşdırılması və aztəminatlı əhali qruplarının  sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini  təmin etmişdir. Bu böyük xidmətləri Azərbaycan xalqı daim sonsuz  minnətdarlıq hissi ilə xatırlayır.
Ümummilli liderimizin  müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam  etdirilir. Bu isə müstəqil ölkəmizə   yeni-yeni tarixi naliyyətlər qazandırır. Dövlət müstəqilliyimiz daima  güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla, dünya birliyində fəal  mövqe qazanır.
Tədbirdə SDU-nun TGT-nin sədri Şənlik Əliyev, SDU  YAP Gənclər təşkilatının sədri Səma Əsədova və bir qrup tələbələri iştirak  etmişlər.
Mətbuat xidməti
                
             