SDU tələbələri Qazi Universitetinin professorunun seminarında iştirak etdilər
Martın 15-də Erasmus+Petra layihə çərçivəsində Xəzər Universitetində yaradılmış Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbə, magistrant, doktorant, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçirildi. Seminarda spiker qismində Qazi Universitetinin (Türkiyə) Təhsil fakültəsinin professoru Dr. Salih Şahin idi. O, “Tələbələrin onlayn təhsildə iştirakı” mövzusunda faydalı təqdimatla çıxış etdi.
Prof. Dr. Salih Şahin təqdimatında istər üz-üzə, istərsə də onlayn təhsildə tələbələrin fəal iştirakının zəruri olduğunu vurğuladı, müəllimlərin bu şəraiti təmin etmək üçün hər zaman yeni metod və üsullardan istifadə etməsinin vacibliyini göstərdi. Prof. Salih Şahin tələbələrin onlayn təhsil zamanı kifayət qədər fəal olmadığını nəzərə alaraq, müəllimlərin tədris prosesinin planlaşdırılmasında daha çox səy göstərməli olduğunu vurğuladı, 3.1 standartının (tələbəyönümlü təlim-tədris) tətbiqi üçün müxtəlf mexanizimlərdən istifadə etmələri haqqında ətraflı məlumat verdi.
Seminar interaktiv şəraitdə keçdi və iştirakçıların böyük marağına səbəb oldu.
Seminarda Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva və Tarix və coğrafiya fakültəsinin magistrantı Ceyhun Əsgərov fəal iştirak etdilər.
Mətbuat xidməti